RU

Ölkənin müharibə meydanına çevrilməsinə icazə verməyəcəyik - İordaniya Kralı

Bakı. Trend:

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn jurnalistlərləgörüşündə yerli və regional prosesləri dəyərləndirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

O bildirib ki, İordaniya dost ölkələrlə mövcud güclümünasibətləri investisiya və iqtisadi imkanlara çevirməyə çalışır,həmçinin bu çərçivədə Şərqi Asiya ölkələrində yeni bazarlaraçıxmağı hədəfləyir.

II Abdullah İranla bağlı proseslərə də toxunaraq vurğulayıb ki,bölgədə artan gərginliyin azaldılması üçün dialoq və siyasi həllyeganə çıxış yoludur.

“İordaniya hava məkanının pozulmasına və ya ölkənin müharibəmeydanına çevrilməsinə icazə verməyəcək. İordaniya Krallığının vəvətəndaşlarının təhlükəsizliyi hər şeydən üstündür”, - deyə kralbildirib.

Избранный
20
1
az.trend.az

2Источники