RU

Nəriman Həsənzadə – 95: Rəşad Məcid

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid bildirib:

"Yazıçı Varis Yolçiyevə təşəkkürümü bildirirəm. Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi ilə əlaqədar başlatdığı bu maraqlı estafetə görə minnətdarlığımı ifadə edirəm. Mən Nəriman Həsənzadənin şeirlərini uşaqlıqdan əzbər bilmişəm, sonralar isə onunla şəxsən tanış olmaq imkanım olub.

Bu günlərdə Nəriman Həsənzadənin 95 yaşı tamam oldu. Biz onu evində ziyarət etdik və yaddaşımda olan şeirlərindən bir neçəsini özünə də söylədim. Yadımdadır ki, Qazaxa səfərim zamanı Nəriman Həsənzadə Barat Vüsala ünvanladığı şeirdə mənim haqqımda da gözəl misralar yazmışdı.

Hesab edirəm ki, Nəriman Həsənzadənin şeirləri uzun illər yaşayacaq. Onun poeziyasına çoxsaylı musiqilər bəstələnib və bu mahnılar artıq dillər əzbəridir. Yaddaşımda çoxlu şeirləri olsa da, məşhur “Nərdivan” şeirindən bir neçə misranı demək istəyirəm:

Bu dünya nərdivandır,
Qalxanda mehribandır, enəndə nə yamandır.
Görüşdük pillələrdə, yolun yarısında biz,
Sən qalxırdın bu dəmdə, mən enirdim xəbərsiz.
Birimiz gün çıxana,
Birimiz günbatana...

Nəriman müəllimi doğum günü münasibətilə bir daha təbrik edirəm. Cənab Prezident tərəfindən Heydər Əliyev ordeni ilə təltif olunması münasibətilə də ona səmimi və ürəkdən təbriklərimi çatdırıram. Bu maraqlı estafeti davam etdirmək üçün həmkarım Səadət Məmmədovaya üz tuturam".

Избранный
35
qht.az

1Источники