RU

Stokholm hələ milyonluq şəhər statusuna nail olmayıb

Stokholm, 24 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholm hakimiyyətinin gözləntilərinin əksinə olaraq, İsveç paytaxtı ötən il 1 milyon nəfərlik əhali həddini keçə bilməyib.

AZƏRTAC xəbər verir ki, İsveç Statistika İdarəsinin məlumatına əsasən, paytaxtın əhalisi 3 665 nəfər artaraq 999 239 nəfərə çatıb. Beləliklə, şəhərin əhalisinin bir milyon nəfəri ötməsi üçün cəmi 761 nəfər çatmayıb.

Doğum səviyyəsinin gözləniləndən aşağı olmasına baxmayaraq, daha yüksək ömür uzunluğu və yeni sakinlərin axını nəticəsində əhali artmaqda davam edir. Hakimiyyət orqanları Stokholmun yaxın vaxtlarda 1 milyonluq həddi keçəcəyinə inanırlar.

“Bütün göstəricilər Stokholmun tezliklə bir milyondan çox əhalisi olan şəhərə çevriləcəyini göstərir. Stokholm İsveç üçün artım mühərrikidir və bu mühərrikin işləməyə davam etməsi üçün şəhər böyüməli və inkişaf etməlidir”, – deyə paytaxtın maliyyə burqomistri vəzifəsinə namizəd Emiliya Byuqqren bildirib.

Ölkə üzrə isə İsveçin əhalisi ötən ilin sonunda 10,6 milyona çatıb ki, bu da il ərzində 17 800 nəfər artım deməkdir. Eyni zamanda, əksər lenlərdə (quberniyalarda) və kommunalarda əhali azalması qeydə alınıb. Ən böyük artım isə Stokholm lenində müşahidə olunub.

Избранный
12
1
azertag.az

2Источники