RU

Luvrun rəhbəri istefa verdi

Fransa Prezidenti Emmanuel Makron Parisdəki Luvr muzeyinin rəhbəri Lorans de Karın istefasını qəbul edib.

"Unikal" xəbər verir ki, bu istefa yüksək səviyyəli zərgərlik oğurluğu və kütləvi tətillərin nəticələri ilə mübarizə fonunda verilib. 

Prezident ofisindən bildiriblər ki, Makron "dünyanın ən böyük muzeyinin sakitliyə və əsas təhlükəsizlik və modernləşdirmə layihələrini uğurla həyata keçirmək üçün yeni, güclü təkana ehtiyac duyduğu bir vaxtda məsuliyyət hərəkətini tərifləyib".

Xatırladaq ki, Luvr ötən ilin oktyabrında dörd oğrunun 102 milyon dollar dəyərində zərgərlik məmulatını oğurlaması ilə gündəm olmuşdu.

Избранный
45
2
unikal.az

10Источники