RU

“İran–ABŞ nüvə danışıqlarında praqmatik yaxınlaşma mümkündür” – Aytən Qurbanova

"İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai tərəfindən İranın atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınması şərti ilə ölkəsinin razılaşmaya hazır olması barədə verilən bəyanat Tehran–Vaşinqton xəttində diplomatik fəallığın yenidən artdığını göstərir. Həmçinin bu açıqlama regional təhlükəsizlik mühitində və qlobal güc balansında baş verən dəyişikliklər fonunda qiymətləndirilməlidir. 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) iki ölkə arasında diplomatik kompromisin mümkünlüyünü nümayiş etdirmişdi. Lakin ABŞ-nin 2018-ci ildə sazişdən çıxması və “maksimum təzyiq” siyasətinə qayıtması tərəflər arasında dərin etimad böhranı yaratdı".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai İranın ABŞ ilə ölkənin atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınmasını nəzərdə tutan razılaşmanın bağlanmasına hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Tehran bu istiqamətdə dialoqa açıqdır və qarşılıqlı hörmətə əsaslanan danışıqların aparılmasını mümkün hesab edir. Bəyanat tərəflər arasında diplomatik təmasların intensivləşə biləcəyinə dair siqnal kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, hazırkı məqamda əsas problem texniki deyil, siyasi təminatların olmaması və qarşılıqlı inamsızlıqdır.

Избранный
26
aznews.az

1Источники