RU

“Cəbhədə ən ağır olanı mülki şəxslərin ölümüdür” - Rusiya Qəhrəmanı

Rusiya Qəhrəmanı mükafatına layiq görülən çavuş İvan Xrustalev mülki şəxslərin, xüsusən də uşaqların itkisini cəbhədə ən ağır vəziyyət adlandırıb.

Herbiand.az bildirir ki, o, bu barədə RT-yə danışıb.

Xrustalev kömək etdiyi insanın bir neçə saat sonra Ukrayna ordusunun zərbəsi nəticəsində cansız vəziyyətdə tapması təcrübəsi ilə barışmağın çox çətin olduğunu bildirib: “Mən bir neçə dəfə az qalırdım ağlımı itirəm. Əlbəttə ki, zaman sağaldır, amma xatirələr qalır, gözlərimin qarşısında durur. Və bu, ən ağırıdır”.

Rusiya Qəhrəmanı öz həyatı üçün qorxmadığını da qeyd edib. O, uşaqların məktublarını ən böyük motivasiyası kimi göstərib: “Mən onları alanda niyə orada olduğumu başa düşürdüm”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
37
herbiand.az

1Источники