RU

Əraqçi: İran ədalətli və bərabərhüquqlu sazişə nail olmaq üçün ABŞ la danışıqları bərpa edəcək

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İran Cenevrədə ABŞ-la danışıqları ən qısa zamanda ədalətli və bərabərhüquqlu sazişə nail olmaq üçün bərpa edəcək".

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz “X” hesabında yazıb.

O bildirib ki, Tehran heç bir halda nüvə silahı hazırlamayacaq, eyni zamanda, dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan da heç vaxt imtina etməyəcək.

“Qarşılıqlı maraqları nəzərə alan və ümumi hədəflərə çatmağı təmin edən misilsiz bir razılaşma əldə etmək üçün tarixi bir fürsətimiz var. Razılaşma əldə edilə bilər, ancaq diplomatiyaya üstünlük verildiyi təqdirdə”, - o bildirib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
3
apa.az

4Источники