RU

Burak Özçivitdən nəhəng yatırım: Az qala bir qəsəbəni aldı

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyəli aktyor Burak Özçivit bu dəfə çəkildiyi seriallarla deyil, etdiyi daşınmaz əmlak yatırımı ilə gündəmə gəlib. İddialara görə, aktyor İstanbulun Eyüpsultan rayonundan ümumi dəyəri 150 milyon TL olan 30 mənzil satın alıb.

Milli.Az xəbər verir ki, uzun illər "Kuruluş Osman" serialında Osman bəy xarakterini canlandıran Özçivit qazancını daşınmaz əmlaka yatırmağa davam edir. Onun bir layihədən eyni anda 30 mənzil aldığı bildirilir.

Bu alış üçün aktyorun təxminən 150 milyon TL xərclədiyi irəli sürülür. Lakin hələlik aktyor tərəfindən rəsmi bir açıqlama verilməyib.

Özçivit daha əvvəl də lüks avtomobilləri, reklam müqavilələri və xaricdəki fan-görüşlərindən əldə etdiyi yüksək qazanclarla gündəmə gəlmişdi. 

Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
3
news.milli.az

4Источники