RU

Zelenskiyə ağır zərbə: Ondan imtina etdilər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı konkret tarix müəyyənləşdirilməsi çağırışına cavab verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib.

“Hələlik bir tarix təyin etmək mümkün deyil”, – deyə Avropa Komissiyasının rəhbəri bildirib.

Fon der Leyen eyni zamanda Ukrayna lideri üçün konkret vaxt çərçivəsinin vacibliyini başa düşdüyünü vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqı Ukraynanın qarşıya qoyduğu məqsədə – birliyə üzvlüyə nail olması üçün dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Ukrayna Avropa İttifaqına üzvlük üçün namizəd statusu alıb və hazırda uyğunlaşma və islahat prosesini davam etdirir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники