RU

Luvr muzeyinin direktoru istifa verdi

Luvr muzeyinin direktoru istifa verdi

Fransada bir neçə ay əvvəl tarixi əsərlərin oğurlandığı Luvr Muzeyinin direktoru Lorens de Kar Fransa Prezidenti Emmanuel Makrona istifasını təqdim edib.

Son aylarda baş verən qarət, işçi tətilləri və su sızıntısı problemləri ilə gündəmə gələn Luvr Muzeyi ilə bağlı yeni bir hadisə yaşanıb. Yelisey Sarayından verilən rəsmi açıqlamada Lorens de Karın vəzifəsindən ayrıldığı bildirilib.

Açıqlamada De Karın istifa məktubunu Makrona təqdim etdiyi, prezidentin isə bu addımı "məsuliyyətli bir hərəkət" kimi dəyərləndirərək qəbul etdiyi qeyd olunub. Makron muzeyin sakitliyə və təhlükəsizlik islahatları üçün yeni bir impulsuna ehtiyacı olduğu dövrdə bu addımı müsbət qarşılayıb.

Bildirilib ki, muzeyi daha təhlükəsiz və müasir etmək fəaliyyətləri çərçivəsində dünyanın bu məşhur mədəniyyət müəssisəsinin yeni bir sıçrayışa ehtiyacı var. Xatırladaq ki, oktyabr ayında baş verən soyğun zamanı oğrular cəmi 7-8 dəqiqə ərzində 88 milyon avroluq tarixi daş-qaşları ələ keçirə bilmişdilər.

Prezident Makron Lorens de Karı Fransanın G7 dövrü sədrliyi çərçivəsində üzv ölkələrin böyük muzeyləri arasındakı əməkdaşlığı koordinasiya etmək üçün yeni bir missiya ilə vəzifələndirib.

Избранный
22
afn.az

1Источники