RU

SOCAR-ın rəhbəri "Wood" şirkətinin icraçı prezidenti ilə görüşüb

24 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Wood" şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.

"Ölkə.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.

Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də "midstream", "upstream", "downstream", bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-ın rəhbəri Wood şirkətinin icraçı prezidenti ilə görüşüb

Избранный
14
8
olke.az

10Источники