RU

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. 

Xezerxeber.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olub. Matçda "Nyukasl" 3:2 hesablı qələbə qazanıb.

Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Nyukasl" 9:3 hesablı üstünlüklə 1/8 finala yüksəlib. Uğurlu ÇL mövsümü keçirən Qurban Qurbanovun komandası isə turnirlə vidalaşıb.

Qeyd edək ki, "Nyukasl" 1/8 finalda "Çelsi" və ya "Barselona" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Pley-off, cavab görüşü

25 fevral

00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:2 

Qollar: Sandro Tonali, 5 (1:0), Joelinton, 6 (2:0), Kamilo Duran, 51 (2:1), Sven Botman, 52 (3:1), Elvin Cəfərquliyev, 58 (3:2)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya) 
Nyukasl, “St. Ceyms Park”
İlk oyun - 6:1

Избранный
26
5
xezerxeber.az

10Источники