RU

Uitkoff və Kuşner Cenevrədə Umerovla görüşəcək

BAKI, 25 fevral. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner fevralın 26-da Cenevrədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşmək niyyətindədirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Novosti.Live” nəşri məlumat yayıb.

Steven Uitkoff bildirib ki, o, Kuşnerlə birlikdə cümə axşamı Cenevrəyə yollanacaq.

“Mən Caredlə birlikdə Cenevrəyə gəlirəm, çərşənbə axşamı axşam yola düşürük. Rüstəmlə demək olar ki, hər gün danışmışam və ondan Zelenskinin Cenevrədə görüş üçün icazə verməsini xahiş etmişəm”, - o deyib.

Görüşün məqsədinin sülh sazişi üzrə dialoqu davam etdirmək olduğu vurğulanıb.

Избранный
24
teleqraf.com

1Источники