RU

“Nyukasl”ın baş məşqçisi: İkinci hissədə oyun bizim üçün məyusedici oldu

Nyukasl, 25 fevral, AZƏRTAC

Düşünürəm ki, hesab 2:0 olanda bir qədər tempi azaltdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının 2:0 hesablı üstünlükdən sonra tempin aşağı düşdüyünü etiraf edib: “Bunu etmək niyyətində deyildik, amma bu, təbii bir reaksiya idi. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçdi və bu, bizim üçün həqiqətən məyusedici oldu”.

Eddi Hau bildirib ki, komanda ikinci hissədə artıq enerji sərf edib və rəqib qapısı qarşısında lazımi təzyiqi yarada bilməyib: “Birincisi, həddindən artıq enerji sərf etdik və bu da rəqib qapısına təzyiq göstərməyimizə mane oldu. Həmin 45 dəqiqədən narazıyıq”.

Qeyd edək ki, görüş “Nyukasl”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyukasl

Избранный
36
4
azertag.az

5Источники