RU

1-ci liqada 16-cı tur start götürdü

Bu gün Azərbaycan 1-ci liqasında 16-cı tur start götürüb.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Turun ilk matçında "Şimal" doğma meydanda "Cəbrayıl"la üz-üzə gəlib. Matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər qarşılaşması olan "Səbail" - "Bakı Sportinq" matçında isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura sabah oynanılacaq 3 görüşlə yekun vurulacaq.

24 fevral (çərşənbə axşamı)

15:00.“Şimal” – “Cəbrayıl” - 3:2

Qollar: Niyazi Osmanov, 45; Ceyhun Kəlbəliyev, 69; 74 // Dileyn Açimi, 28; 64

Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev

Şamaxı OİK stadionu, 15:00

17:00. “Səbail” – “Bakı Sportinq” - 0:0

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov

“Bayıl Arena”, 17:00 

25 fevral (çərşənbə)  

15:00. “Şahdağ Qusar” – “Zaqatala”

15:00. “Difai” – “Şəfa” 

15:00. “Mingəçevir” – MOİK

Bizim.Media

Избранный
4
1
bizim.media

7Источники