RU

"Bu matçın o qədər də yaxşı olduğunu düşünmürəm" - "Nyukasl"ın baş məşqçisi

"1/8 final mərhələsinə yüksəlmək bizim üçün tarixi bir nailiyyətdi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Nyukasl"ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssiscavab qarşılaşmasında kiayət qədər yaxşı oynaya bilmədiklərini etiraf edib:

"Bu matçın o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problem matçın əvvəlində hesabı 2:0 etməyimiz oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atıldı. Hesabda 2:0 öndə olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədi. 1/8 finalda rəqibin kimiliyindən asılı olmayaraq hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Избранный
25
2
football-plus.az

3Источники