Bakı. Trend:
Yevlax rayonunda qaz balonu partlayıb.
Trend-inməlumatına görə, hadisə dünən saat 18 radələrində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Yevlax rayon sakini RuslanSadıqov özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşənkafedə olarkən obyektin daxilində mövcud olan maye-qaz balonununpartlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətlərialıb.
Hadisədən dərhal sonra R.Sadıqov Yevlax rayon Mərkəzixəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.