RU

"Hökumətin qərarlarından məntiq axtarmaq əbəsdir"- Ekspert

"Azərbaycanın avtoparkı hələ də çox köhnədir, yaşı 20 ildən artıq olan avtomobillər, ölkədəki maşınların 60%-i təşkil edir".
News365.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O əlavə edib ki, hökumət 2019-cu ildə hibrid və elektriklə işləyən avtomobillərə vergi-rüsüm güzəştləri tədbiq etdi – son 5-6 ildə, doğrudan da, ölkəyə daha müasir, daha təhlükəsiz, ekologiyaya daha az ziyan vuran avtomobillərin gətirilməsi artdı, avtopark yenilənməyə başladı - yəni, pozitiv dəyişikliklər baş verdi:
"Amma, bizim hökumətin pozitivlə arası yoxdur axı, bu ildən bütün güşəştləri ləğv etdilər, əvəzində isə kolleksiyalıq, raritet avtomobillərin ölkəyə gətirilmsini bütün növ vergi, rüsum və ödənişlərdən azad etdilər, rəsmi qərardan sitat: “Zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş raritet, kolleksiyalar üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. Bu avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq”.
Hökumətin qərarlarından məntiq axtarmaq əbəsdir, bunu onillərdir bilirik, amma, heç olmasa rasional zərrəciklər olmalıdır axı – raritet, kolleksiyalar üçün avtomobilləri varlı adamlar (bir çox hallarda məmurlar) alıb-gətirir, böyük məbləğdə pul ödəyir, öz zövqünü “qidalandırırlar”, onlar niyə rüsum-vergi ödəməsinlər, amma, məsələn, öz ailəsini dolandırmaq, sadəcə qidalanmaq üçün hibrid maşın alıb, min-bir əziyyətlə, hökumətin yaratdığı maneələri aşmaqla taksi xidməti göstərmək istəyən Vəli, Məhəmməd dayı yanvarın 1-dən həmin hibrid maşına 3-5 min daha artıq ödəsin?! Niyə də axı, niyə?!"
News365.az
Избранный
13
news365.az

1Источники