RU

Estoniya PURL çərçivəsində Kiyevə silah və sursat üçün 11 milyon avro ayıracaq

Estoniya

Estoniya hakimiyyəti Ukraynaya silah və sursat alınması üçün Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramı çərçivəsində 11 milyon avro ayırmaq qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baltik respublikasının baş naziri Kristen Mixal Kiyevə səfəri zamanı bildirib.

“Estoniya hökuməti yaxın zamanda 11 milyon avro ayırmaq barədə qərarı təsdiqləyib ki, Ukrayna NATO-nun yaratdığı PURL təşəbbüsü çərçivəsində ABŞ-dan hava hücumundan müdafiə üçün silah və sursat ala bilsin”, — deyə onun sözlərini "ERR" milli dövlət teleradio portalı sitat gətirib.

PURL proqramı 2025-ci ilin yayında ABŞ-ın Ukraynaya silahların əvəzsiz tədarükünü dayandırmaq qərarına cavab olaraq NATO tərəfindən yaradılıb. Bu proqrama əsasən, Kiyev öz hərbi ehtiyaclarını müəyyənləşdirir, Aİ ölkələri isə vəsait ayırır, həmin silahları ABŞ-dan alır və onları Ukraynaya pulsuz təhvil verirlər.

Məryəm Quliyeva

Избранный
17
1
xalqcebhesi.az

2Источники