RU

Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini ElnurMəmmədov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasınınyüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərçərçivəsində nazir müavini BMT-nin İnsan Hüquqları Şurasının 61-cisessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə birsıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Bildirilib ki, nazir müavini çıxışı zamanı, postmünaqişədövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkıvəziyyəti, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələnməsələlər, o cümlədən Zəngəzur dəhlizinin regional inkişafaverəcəyi töhfədən bəhs edib.

Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradanqaldırılması istiqamətində ölkəmiz tərəfindən həyata keçiriləntədbirlər qismində itkin düşmüş şəxslərin taleyininaydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərintəhlükəsiz və ləyaqətli qayıdışını nəzərdə tutan “Böyük Qayıdış”proqramı barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insanhüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır vəbu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Nazir müavini çıxışı zamanı, müharibə və insanlıq əleyhinəcinayətlərdə ittiham olunan şəxslərə münasibətdə keçirilmiş məhkəməprosesinin beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraqaparıldığı və verilən qərarlarla ölkəmizin ədaləti bərpa etdiyinivurğulayıb.

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçiQrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfininiddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərcolunmuş rəyində də Azərbaycan tərəfindən həyata keçirilmiş hüquqiprosedurların beynəlxalq standartlara uyğun olduğunun bir dahatəsdiqləndiyi xatırlanıb.

Həmçinin Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolununartdığı vurğulanaraq, Azərbaycanda keçirilmiş COP29 tədbirininiqlim fəaliyyətinin sürətləndirilməsinə mühüm töhfə verdiyi, cariil ərzində isə Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi vəSosial Komissiyasının 82-ci sessiyasının, BMT-nin ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü sessiyasının və 7-ci ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi diqqətəçatdırılıb.

Cenevrədə
Cenevrədə
Cenevrədə
Cenevrədə
Избранный
19
17
az.trend.az

10Источники