RU

Milli Kitabxanada Xocalı soyqırımının 34 cü ildönümü ilə əlaqədar elektron layihələr istifadəçilərə təqdim olunub

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

25 fevral 2026-cı il tarixində Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral - Xocalı Soyqırımı”, “Khojaly genocide” və “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgilər  istifadəçilərə təqdim olunub.

“26 fevral - Xocalı Soyqırımı” adlı virtual sərgidə Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsi, bəşər tarixinin qara ləkəsi Xocalı qətliamı, Azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap  olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Əcnəbi istifadəçiləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ingilis dilində  təqdim olunan “Khojaly genocide” adlı  virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlərlə tanış etmək məqsədilə ingilis dilində  onlayn rejimdə təqdim olunan “Khojaly tragedy - Photo Exhibition” adlı  virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, erməni vandalizmi, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
4
xalqqazeti.az

5Источники