RU

Cəmiyyətin nifrətini qazanmış bir adamın tez tez “dövlət” deməsi o dövlətə etimadsızlıqdan başqa nə qazandıra bilər? Kəramət Böyükçöl yazır

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tolik iki dəqiqədən bir “dövlət”, “dövlət” deyir. “Dövlətə güvənirəm”, “dövlətə inanıram”, “gör, dövlət neyləyəcək”.  Dayan, dövlətə zəng edim, gəlirəm”. 

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında yazıb.

O hesab edir ki, ümumiyyətlə, harda dələduz adamlar var, hamısı dövlətə güvəndiyini deyir:

“Kimin günahı nə qədər çoxdursa, dövlət sözünü o qədər çox işlədir. Dövlətimin yanındayam. Allah dövlətimi qorusun.

Cəmiyyətin bu qədər nifrətini qazanmış bir adamın iki dəqiqədən bir “dövlət” deməsi o dövlətə etimadsızlıqdan başqa nə qazandıra bilər? O qədər şey var ağıza almağa, gərək dövlət sözünü ala ağzına?

Mənim qorxa-qorxa yaşadığım ölkədə Toliki bu qədər arxayın və rahat görəndə həyata daha da nifrət edirəm”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
icma.az

1Источники