RU

Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanılıb

Bakı, 25 fevral, AZƏRTAC

Əvvəllər məhkum olunan İlham Süleymanov Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İ.Süleymanovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Избранный
27
8
azertag.az

9Источники