RU

​“Qalatasaray” kritik matça çıxır:

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün İtaliyada "Yuventus"un qonağı olacaq. Doğma meydanda italyanları 5:2 hesabı ilə məğlub edən sarı-qırmızılı klub bugünkü oyunun favoriti sayılır.
Metbuat.az xəbər verir ki, Türkiyə çempionatının sonuncu turunda "Konyaspor"a qarşı forma geyinməyən nigeriyalı ulduz Viktor Osimen də komanda yoldaşları ilə birlikdə İtaliyadadır.26 yaşlı ulduzun bu gün əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin bəzi idman saytları Osimenlə "Qalatasaray" rəhbərliyi arasında "soyuq küləklərin" əsdiyini yazıb. Yerli media Osimenin maaşının gecikdirildiyini və 26 yaşlı hücumçunun bu üzdən Konyaya getməkdən imtina etdiyini iddia edib.

Избранный
2
32
metbuat.az

10Источники