RU

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Zuqdidi bələdiyyəsində xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanılması və satışı ittihamı ilə 1989-cu il təvəllüdlü M. T. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Təqsirləndirilən şəxsin üzərində və müvəqqəti yaşayış yerində aparılan axtarış zamanı xüsusilə külli miqdarda narkotik maddə olan "metadon" maddi sübut kimi götürülüb.

İstintaq tədbirləri nəticəsində polis əməkdaşları narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə ediblər.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 20 ilədək və yaxud ömürlük həbs cəzası ilə cəzalandırılır.

Избранный
10
apa.az

1Источники