RU

"American Airlines" təyyarəsi Kolumbiyada eniş zamanı atəşə tutulub

"American

ABŞ-ın "American Airlines" aviaşirkətinə məxsus, Mayamidən Kolumbiyanın Medellin şəhərinə uçuş həyata keçirən təyyarədə güllə izləri aşkar edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. İlkin məlumata görə, Boeing 737 MAX 8 təyyarəsi fevralın 22-də Kolumbiya hava limanına eniş zamanı atəşə tutulub. Zədələr, o cümlədən sağ qanadda olan deşiklər, yalnız təyyarə ABŞ-a qayıtdıqdan sonra aşkar edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Layner uçuşlardan kənarlaşdırılıb və təmirə göndərilib.

Məryəm Quliyeva

Избранный
3
1
xalqcebhesi.az

2Источники