RU

Premyer Liqa klubu 4 ay qabaq vəzifəyə gətirdiyi baş məşqçi ilə vidalaşıb?

«Karvan» rəhbərliyinin Füzuli Məmmədovu istefaya yollamasına dair xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumata görə, Yevlax təmsilçisi onunla yolları ayırmağı qərara alıb.

Buna sbəbə kimi komandanın uğursuz çıxışı göstərilir. Üstəlik, bir çox futbolçuların onunla bağlı yönətimə şikayət etməsinin bu qərara təsir göstərdiyi iddia olunur.

Məlumatı dəqiqləşdirməyə çalışdıq və öyrəndik ki, o, işinin başındadır və istefaya göndərilməyib. Amma… Yolların ayrılması mümkün haldır.

Aran klubu Premyer Liqanın 22-ci turunda «Qəbələ»nin qarşısına çıxacaq. «Sarvanlar» səfərdə keçiriləcək bu matçdan da məğlubiyyətlə geri dönsə, Məmmədovun vəzifədən alınması gündəmə gətiriləcək.

15 ildən sonra Premyer Liqaya qayıtmış «Karvan» mövsümün geridə qalan hissəsində cəmi 6 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində yerləşib. Bu üzdən I Liqaya yuvarlanmağa ən real namizəd hesab olunurlar.

F.Məmmədov ötən ilin noyabrın 25-də kollektivin sükanı arxasına keçib. «Sarvanlar» onun başçılığı altında çıxdığı 9 oyundan 8-də məğlubiyyətlə üzləşib və yalnız 1 xal əldə edib.

«Karvan» mövsümə Azər Həşimovla başlayıb. Üç ay öncə onunla yanaşı, Zaur Hacıyev və Hüseyn Məhəmmədovla müqaviləyə birtərəfli qaydada xitam verilib.

SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники