RU

“Bzim üçün böyük dərs oldu” - “Qarabağ”ın qapıçısı

BAKI, 25 fevral. TELEQRAF

"Bu, "Nyukasl"a qarşı oyun idi və hər iki qarşılaşma bizim üçün çox ağır keçdi. Təbii ki, məğlub olduğumuz üçün şad deyiləm. Qapımızda həddindən artıq çox qol gördük, lakin bu, bizim üçün yaxşı bir dərsdir. Belə rəqiblərlə qarşılaşmaq hər bir futbolçu üçün böyük təcrübədir".

Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

M. Koxalski gələcəkdə daha yaxşı çıxış edəcəklərinə ümid etdiyini vurğulayıb:

"Ümid edirəm ki, növbəti oyunlarda daha yüksək keyfiyyət nümayiş etdirəcəyik. Belə böyük oyunlardan sonra müəyyən qədər gərgin və əsəbi olmaq normaldır, amma əsas odur ki, biz bu sınaqdan nəticə çıxaraq".

Избранный
30
50
teleqraf.com

10Источники