RU

Ukrayna nə vaxt Aİ-yə üzv olacaq?

Avropa İttifaqına üzvlüklə bağlı Ukraynaya dəstək tamdır, lakin bunun nə vaxt reallaşacağına dair konkret tarix verməyin mümkün deyil. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa Şurasının Prezidenti Antonio Kosta Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə olduqları Kiyevdə birgə mətbuat konfransında bildirilib. 

Von der Leyen bildirib ki, Aİ son 4 ildə Ukraynaya hərbi və maliyyə dəstəyi çərçivəsində təxminən 200 milyard avro ayırıb və bu məbləğ digər bütün tərəfdaşların verdiyi dəstəkdən daha çoxdur. 

Dəstəyin davam edəcəyini vurğulayan von der Leyen qeyd edib ki, bu çərçivədə ilk olaraq 90 milyard avroluq Aİ kreditinin ayrılması mühüm əhəmiyyət daşıyır. O bildirib ki, sözügedən kredit Aİ Şurasında 27 dövlət və hökumət başçısı tərəfindən təsdiqlənib. “Verilən sözlər tutulmalıdır və tutulacaq. 

Biz bu öhdəlikləri yerinə yetirəcəyik”, – deyə o əlavə edib. Von der Leyen qeyd edib ki, kredit Ukraynanın ən təcili müdafiə ehtiyaclarının qarşılanmasına, müasir müdafiə avadanlıqlarının tədarükü, istehsalı və inkişafına kömək edəcək. 

O, pilotsuz uçuş aparatları və sursatı əhatə edən dəstək paketinin Pasxadan əvvəl təhvil verilməsinin planlaşdırıldığını bildirib. İkinci əsas prioritetin Ukraynanın çətin qış dövründə dəstəklənməsi olduğunu deyən von der Leyen dərhal istifadə oluna biləcək 100 milyon avroluq yeni təcili yardım paketinin hazırlandığını açıqlayıb. 

O, həmçinin 2026–2027-ci illər üçün “bərpa və yenidənqurma” adlı yeni qış enerji planı üzərində işlənəcəyini və bu planın Ukraynanın enerji sisteminin sabitləşdirilməsi üçün 920 milyon avroluq paketi əhatə edəcəyini diqqətə çatdırıb. Von der Leyen üçüncü prioritetin Rusiyaya qarşı maksimum təzyiqin davam etdirilməsi olduğunu bildirib: 

“Tezliklə 20-ci sanksiya paketini qəbul edəcəyik. Sanksiyalar Rusiyanın gəlirlərini azaltmağa və müharibə maşınını zəiflətməyə davam edəcək”. O xatırladıb ki, sanksiyalar yekdilliklə qəbul edilməlidir və indiyədək təsdiqlənmiş 19 sanksiya paketinin müzakirələri də asan olmayıb, lakin nəticədə razılıq əldə olunub. 

Von der Leyen Ukraynanın Aİ-yə üzvlük yolunda mühüm irəliləyiş əldə etdiyini və islahatları sürətlə həyata keçirdiyini bildirib. O vurğulayıb ki, üzvlük prosesi ləyaqət prinsipi əsasında aparılır və irəliləyişin sürəti namizəd ölkədən asılıdır. 

“Ukrayna üçün konkret tarix müəyyən etməyin vacibliyini anlayıram. Lakin bizim tərəfimizdən tarixlər təkbaşına müəyyən edilə bilməz. Buna baxmayaraq, Ukraynanın hədəflərinə çatması üçün dəstəyimiz qəti və aydındır”, – deyə von der Leyen bildirib. 

Избранный
20
1
cebheinfo.az

2Источники