BAKI, 25 fevral. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyəyə başsağlığı verib.
Teleqraf xəbər verir ki, diplomat "X" platformasında bu sözləri yazıb:
"Balıkesir şəhərində baş verən F-16 qəzasında şəhid olan qəhrəman pilotumuza Allahdan rəhmət, ailəsinə, yaxınlarına və qardaş ölkə Türkiyəyə başsağlığı diləyirik. Millətimizin başı sağ olsun".
Qeyd edək ki, Balıkesir 9-cu Ana Reaktiv Hərbi Hava Bazası Komandanlığının parkına məxsus F-16 təyyarəsinin qəza nəticəsində Hərbi Pilot mayor İbrahim Bolat vəfat edib.