RU

Leyla Əliyeva və Alyona Əliyeva Cümə məscidini ziyarət ediblər

Fevralın 24-də Leyla Əliyeva və Alyona Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.

Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alyona Əliyeva həmin otağa da baş çəkiblər.

Sonda Leyla Əliyeva və Alyona Əliyevaya Qurani-Kərim hədiyyə olunub.

Избранный
20
38
far.az

10Источники