Bakı. Trend:
“Moody’s” agentliyinin proqnozuna əsasən, Azərbaycanın realÜDM-i 2026–2027-ci illərdə 2,5–3 faiz səviyyəsində ola bilər. Bugöstərici 2025-ci ildə 1,5 faiz, 2024-cü ildə isə 4,1 faiz təşkiledib.
Trend bu barədəagentliyə istinadən xəbər verir.
“Artım yenidən bankların fəaliyyətinin əsas hissəsini həyatakeçirdiyi qeyri-neft sektorunun sabit dinamikası hesabına təminolunacaq ki, bu da kreditləşmənin, aktivlərin keyfiyyətinin vəgəlirliliyin qorunmasına dəstək verir. İqtisadi artım həmçininnəqliyyat-logistika sektorunda güclərin genişləndirilməsi vəaktivliyin artması, o cümlədən Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu kimi əsas marşrutların inkişafı; Qarabağ və Şərqi Zəngəzurbölgələrində bərpa işləri; eləcə də xarici investisiyaların küləkvə günəş enerjisi layihələrinə cəlb olunmasına səbəb olan bərpaolunan enerji sahəsində hökumət təşəbbüsləri hesabınastimullaşdırılacaq”, -deyə “Moody’s”in hesabatında qeyd olunur.
Xəbər yenilənəcək