Bakı. Trend:
Gənc azərbaycanlı ifaçı Jeyleen son illərdə İsveçrədə formalaşanyeni nəsil müstəqil sənətçilər arasında yer alır. O, ali təhsiliniİsveçrədə başa vurduqdan sonra burada yaşamağa davam edir və musiqikaryerasını inkişaf etdirir.
Erkən yaşlardan vokal təhsili alan ifaçı musiqi alətlərini dəmüstəqil şəkildə mənimsəyib. Onun repertuarında pop, rok və soulelementləri paralel şəkildə mövcuddur.
İfaçının Trend-ə verdiyi məlumata görə, o, mahnılarını özüyazır və prodüserlə birlikdə tamamlayır. Musiqidən əlavə, vizualkonsepsiya üzərində də şəxsən çalışır. Bu, layihələrinə vahidestetik yanaşma qazandırır.
Bir neçə ay ərzində 250 mindən çox dinlənmə və 50 mindən artıqdinləyici qazanması, ABŞ, Böyük Britaniya və Almaniya kimibazarlarda auditoriya formalaşdırması onun beynəlxalq potensialınıgöstərir.
2026-cı ildə İsveçrə üzrə konsertlər, festivallar və “M4Music”platformasında iştirakı planlaşdırılır. Fevralın sonuna nəzərdətutulan “Everything in Between” EP-si isə onun yaradıcılığında yenimərhələnin başlanğıcı olacaq.