RU

Neftçalada 100 yeniyetmə qız üçün reproduktiv sağlamlıq təlimləri uğurla başa çatdı - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və ADRA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində təşkil edilən reproduktiv sağlamlıqla bağlı silsilə tədbirlər başa çatıb.

QHT.az xəbər verir ki, əhalinin reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biri olması ilə yanaşı, həm də tibbi faktorlarla bərabər sosial, iqtisadi, ekoloji və digər problemlərlə bağlı olduğu nəzərə alınaraq Fevral ayında dörd təlimdə 100 nəfər 11-15 yaşlı qızlar təlimə dəvət edilib.

Təlimlərdə sağlam həyat tərzi barədə geniş məlumat  verilib, düzgün qidalanmanın sağlamlığın əsasını təşkil etməsi izah edilib, şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi aşılanıb. Reproduktiv sağlamlıq üçün zərərli vərdişlərdən uzaq durmağın və profilaktik tibbi müayinələrdən keçirilməsinin  əhəmiyyəti təşviq edilib. Təlim iştirakçıların gigiyenik vasitələr hədiyyə olunub.

Təlimlər vətəndaşlar tərəfindən mövzuya marağın çoxalması ilə nəticələnib, davamı üçün müraciətlər qeydə alınıb, artıq bir icmada “Sağlamlıq klubu” yaradılıb.

Təlimlər Qaraman İcma Mərkəzində təşkil edilib.

Избранный
42
qht.az

1Источники