RU

Polşa parlamenti spikerinin Ukrayna dəstəyi ölkə daxilində etirazla qarşılandı

Polşa parlamenti Seyminin (aşağı palata) marşalı (spikeri) Vlodzimej Çajastının Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzlüyünü dəstəkləməsi ilə bağlı açıqlamaları ölkənin nüfuzuna xələl gətirir.

“İki sahil” xəbər verir ki, bunu Polşa Prezidenti ofisinin nümayəndəsi Zbiqnev Boqutski deyib.

“Bu cür açıqlamalar Polşanın nüfuzuna xələl gətirir. O, dövlət adından Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı açıqlama vermək səlahiyyətinə malik deyil”, - deyə Polsat TV onun sözlərindən iqtibas gətirib.

Qeyd edək ki, fevralın 24-də Kiyevdə Ali Rada üzvləri ilə danışan Polşa Seyminin sədri ölkəsinin Ukraynanın Avropa İttifaqına qoşulmaq səylərini qətiyyətlə dəstəklədiyini söyləyib. Fevralın 23-də isə Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul edilməsi təklifinə şübhə ilə yanaşdığını bildirib.

Избранный
1
3
ikisahil.az

4Источники