BAKI, 25 fevral. TELEQRAF
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 195-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 195-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli və 2026-cı il 14 yanvar tarixli 14 nömrəli qərarları) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2.3-cü bəndə və 2.3.3-cü yarımbəndə “matroslar,” sözündən sonra “kursantlar,” sözü əlavə edilsin; 1.2. 2.3.4-cü yarımbəndə “baş matros,” sözlərindən sonra “kursant,” sözü əlavə edilsin; 1.3. 2.6.2-ci yarımbəndə “matrosların,” sözündən sonra “kursantların,” sözü əlavə edilsin. 2. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli Qərarında (Azərbaycan 2 Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960 (Cild I); 2025, № 5, maddə 504) aşağıdakı dəyişikliklər edilsin: 2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.3-cü bəndinə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin, 2.1.1-ci, 9.2.3-cü yarımbəndlərində və 4.3-cü bəndində ismin müvafiq hallarında “ali hərbi məktəblər” sözləri ismin müvafiq hallarında “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri” sözləri ilə əvəz edilsin; 2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.3-cü bəndinə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin, 2.1.1-ci, 9.2.3-cü yarımbəndlərində və 4.3-cü bəndində ismin müvafiq hallarında “ali hərbi məktəblər” sözləri ismin müvafiq hallarında “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 dekabr tarixli 524 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2240 (Cild I) ilə təsdiq edilmiş “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1.5-ci yarımbəndə “keçən,” sözündən sonra “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil alan,” sözləri əlavə edilsin; 3.2. 3.6-cı bəndə “əsgər,” sözündən sonra “matros, kursant,” sözləri əlavə edilsin; 3.3. 3.10-cu bəndə “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli 153 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 720 (Cild I); 2024, № 4, maddə 449; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 dekabr tarixli 412 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası”nın 1.1-ci bəndinə “qulluqçuları” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin.