RU

Nazir müşaviri: Regionlarda yüksəksürətli internetə çıxışın genişləndirilməsi əsas hədəfdir

Bakı, 25 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, tərəfdaş qurumların və sahə üzrə mütəxəssislərin birgə fəaliyyəti son illərdə Azərbaycanda internetin əlçatanlığının, keyfiyyətinin və sürətinin artırılmasına ciddi töhfə verib. Ölkədə rəqəmsal infrastrukturun ən transformativ təşəbbüslərindən biri olan “Onlayn Azərbaycan” layihəsi bu sahədə mühüm mərhələdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi regionlarda yüksək sürətli internetə çıxışın genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və ümumilikdə ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu gün hər biriniz üçün maraqlı, faydalı və nəticəyönümlü təlim proqramı təqdim olunur. Məqsəd media nümayəndələrinin materiallarını və araşdırmalarını daha təfərrüatlı, əsaslandırılmış şəkildə hazırlamasına dəstək verməkdir”, - deyə R.Bayramov əlavə edib.

Избранный
2
4
azertag.az

5Источники