Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tuberkulyoz bakteriyaları immun sistemindən gizlənməyin yeni yolunu tapıb. Alimlər bu mikrobların orqanizmin müdafiə hüceyrələrini daxildən necə parçaladığını üzə çıxarıblar.Demokrat.az xəbər verir ki, San-Fransiskoda keçirilən Biofizika Cəmiyyətinin illik konfransında təqdim edilən araşdırma vərəm çöplərinin sağ qalma mexanizmini ifşa edib. Normal halda immun hüceyrələri olan makrofaqlar bakteriyanı daxili qabarcıqlara həbs edərək məhv etməlidir. Lakin tuberkulyoz çöpləri bu prosesi tamamilə pozur. Bakteriya immun hüceyrəsinin daxilinə düşən kimi xüsusi piyli qabarcıqlar ifraz etməyə başlayır.Həmin piy molekulları hüceyrənin daxili qişalarına daxil olaraq onların fiziki xüsusiyyətlərini dəyişir. Tədqiqatlar göstərir ki, bu proses nəticəsində hüceyrə membranları həddindən artıq gərginləşir və bərkiyir. Bu vəziyyət bakteriyanı həzm etməli olan fermentlərin işini çətinləşdirir. Nəticədə immun sistemi mikrobu zərərsizləşdirə bilmir və xəstəlik törədicisi hüceyrənin içində sağ qalır.Təhlükəli məqam ondan ibarətdir ki, bu infeksiya bir addım öndə hərəkət edir. Yoluxmuş hüceyrədən ayrılan piy qabarcıqları qonşu sağlam immun hüceyrələrinə də keçir. Onlar hələ bakteriya ilə qarşılaşmamış sağlam hüceyrələrin müdafiə sistemini qabaqcadan zəiflədir. Beləliklə, tuberkulyoz çöpləri orqanizmdə özü üçün təhlükəsiz mühit yaradaraq yayılmağa davam edir.Həmçinin oxu:
Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar
Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü
Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırİsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.