RU

“Kiyev xüsusi hərbi əməliyyatdan əvvəl Moskva ilə dostluq müqaviləsini pozub” - Zaxarova

Kiyev artıq xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Rusiya ilə Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsinin müddəalarını sistematik şəkildə pozub.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.

“Rusiya və Ukraynanı xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukraynanın sistematik şəkildə pozduğu daha vacib bir hüquqi sənəd - Rusiya Federasiyası ilə Ukrayna arasında Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsi bağlayırdı. <…> Bu sənəd əsasən Ukraynanın Rusiya ilə vahid dövlətdən çıxmasının bütün nəticələrini tənzimləyirdi”, - Zaxarova qeyd edib.

XİN rəsmisi xatırladıb ki, həmin müqavilə dostluq və bərabərhüquqlu münasibətlər prinsiplərini təsbit edib: “Tərəflər qarşılıqlı hörmət, etimad, strateji tərəfdaşlıq və əməkdaşlığa əsaslanan qarşılıqlı əlaqə qurmağı öhdələrinə götürüblər. Bundan əlavə, müqavilə ümumi tərksilahın təşviqi, eləcə də Avropada kollektiv təhlükəsizlik sisteminin formalaşdırılması və möhkəmləndirilməsində iştirak üçün birgə addımlar nəzərdə tuturdu”.

O vurğulayıb ki, sənəddə xüsusilə Moskvanın və Kiyevin üçüncü ölkələrlə bir-birinə qarşı yönəlmiş müqavilələr bağlamaması nəzərdə tutulub: “Həmçinin, öz ərazisini tərəfdaşının təhlükəsizliyini sarsıda biləcək hərəkətlər üçün istifadə etməsini qadağan edir”.

Zaxarova müqavilənin 12-ci maddəsinə diqqət çəkib: “Müqavilədə milli azlıqların etnik, mədəni, dil və dini kimliyinin qorunmasını təmin etmək və onun təşviqi üçün şərait yaratmaq öhdəliyi açıq şəkildə qeyd olunurdu. Lakin heç bir müvafiq beynəlxalq qurum Ukraynanın bu müddəaları pozmasına reaksiya verməyib”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
herbiand.az

1Источники