RU

"Xankəndi"nin yeni baş məşqçisi debütdəki qələbəsini dəyərləndirdi

İkinci Liqanın 15-ci turunda "Qaradağ Lökbatan"la prinsipial matça çıxan "Xankəndi" lider üzərində əzmkar qələbə qazanaraq zirvəni ələ keçirdi. Qarabağ təmsilçisinin liderlik matçı yeni baş məşqçisi Zaur Hacıyev üçün debüt oldu. Onunla əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.

Hacıyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Xankəndi" təmsil etdiyi yer olaraq önəmli komandadır. Şəhərin adına layiq çıxış etməli, liqadan liqaya yüksəlməliyik. 

"Qarabağ Lökbatan" kifayət qədər təcrübəli komandadır. İlk dövrədə onlara məğlub olmuşduq. Əlimizdə olan materiala əsasən taktika hazırlamışdıq. Düzdür, futbolçular ilk yarıda bunun öhdəsindən gələ bilmədilər. Belədə "B" variantına keçid etdik. Komandam onu daha yaxşı icra etdilər və nəticədə qalib gəldik. Futbolçularıma minnətdarlığımı bildirirəm. Bu uğurda bütün camiənin - rəhbərlik, məşqçilər də daxil olmaqla, hər kəsin əməyi danılmazdır. 

Əlimdə kifayət qədər potensiallı oyunçular var. İnanırdım ki, görüşdən qalib ayrıla bilərik. Amma bir qələbə ilə iş bitmir, bununla kifayətlənə bilmərik. Qarşıda xeyli oyun, həmçinin "altılıq" mübarizəsi var. Dayanmaq olmaz. Liqada xallarla yanaşı, qol sayı da həlledicidir. Buna görə qol aktivliyimizi artıracağıq".   

Mirağa

Избранный
29
1
fanat.az

2Источники