RU

15 milyon borca görə biznesmeni öldürmək istədi Rusiyada

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti Orenburqda biznesmenin sifarişli qətlinin qarşısını alıb, təşkilatçı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

"Rusiya vətəndaşı və Orta Asiya ölkəsindən olan böyük bir iş adamının sifarişli şəkildə qətlə yetirilməsinin qarşısı alınıb", - deyə açıqlamada bildirilir.

Məlumata görə, təqsirləndirilən şəxs 15 milyon rubl borca ​​görə iş adamını öldürməyi planlaşdırıb. Biznesmenin isə kimliyi açıqlanmayıb. 

Gülayə Mecid 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
unikal.az

2Источники