Meksika prezidenti Klaudiya Şeynbaum amerikalı milyarder İlon Maskın narkotik kartelləri ilə əlaqəsi olduğu iddialarına görə ona qarşı məhkəmə iddiası qaldırmağı düşündüyünü bildirib.
Turkustan.az xəbər verir ki, fevralın 22-də Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu El Mençonun öldürülməsindən sonra Meksikada zorakılığın artması qlobal xəbərə çevrilib.
Meksika mətbuatında yer alan xəbərlərə görə, Mask ABŞ-da yerləşən X şirkətinin sosial media platformasından 2025-ci ilə aid bir videoda Şeynbaumun ABŞ-ın narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı əməliyyatlarını tənqid etdiyini şərh edərək, "O (Şeynbaum) sadəcə kartel rəhbərlərinin ondan demək istədiyini deyir" dedi.
Bundan sonra Şeynbaum Maskın sözləri ilə bağlı gündəlik mətbuat brifinqində bildirib: "Biz hansısa formada hüquqi tədbir görməyi düşünürük. Vəkillər bunu araşdırırlar."
Aytən Yaşar/ Turkustan.az