RU

UNO larla bağlı sənədlərin ən böyük arxivi məhv edilib

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ-da məxfiliyi ləğv edilmiş uçan naməlum obyektlərlə (UNO) bağlı sənədlərin ən böyük ictimai arxivinin prezident Donald Trampın Pentaqona yerüstü həyatla bağlı məlumatların açıqlanması barədə göstərişindən bir gün sonra məhv edildiyi bildirilir.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət tədqiqatçı Con Qrinvald Jr.ın 30 il ərzində formalaşdırdığı “The Black Vault” adlı veb-saytdan gedir. O, bu müddət ərzində dövlət qurumlarına açıqlamaq üçün 11 mindən çox sorğu göndərib və 3,8 milyondan artıq məxfiliyi ləğv edilmiş sənəd toplayıb.

Məlumata görə, fevralın 20-də naməlum şəxslər saytın əsas serverindən yüzlərlə giqabayt məlumatı siliblər.

Qrinvaldın sözlərinə görə, serverdəki bəzi qovluqlara giriş hüquqları da dəyişdirilib. Tədqiqatçı arxivi ehtiyat nüsxələr vasitəsilə bərpa edəcəyinə söz verib.

Donald Tramp daha əvvəl Pentaqon rəhbəri Pit Heqsetə yerüstü həyat və UNO-larla bağlı hökumət sənədlərinin açıqlanması barədə tapşırıq verəcəyini açıqlamışdı. ABŞ prezidentinin sözlərinə görə, açıqlanacaq sənədlərə “son dərəcə mürəkkəb”, lakin vacib və maraqlı məsələlərlə bağlı digər materiallar da daxildir.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
reyting.az

1Источники