RU

Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib?

Tramp administrasiyası Ukrayna hökumətini ötən ilin sonlarında Qara dənizdəki Rusiyanın neft obyektinə endirilən zərbələrin ABŞ-ın Qazaxıstandakı investisiyalarına təsir etdiyi barədə xəbərdar edib.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı keçirilən brifinqdə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina bildirib.

“Eşitmişik ki, Ukraynanın Novorossiyskə hücumları Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi Amerika investisiyalarına təsir edib. Dövlət Departamentindən də xəbərdarlıq almışıq ki, Amerika maraqlarına hücum etməkdən çəkinməliyik”, - deyə Stefanişina bildirib.

Ukrayna səfiri bildirib ki, bu məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən rəsmi diplomatik bildiriş olan demarş alıb.

"Bu, Amerikanın iqtisadi maraqlarına təsir göstərməsi ilə bağlı idi. Biz bunu nəzərə aldıq", - deyə Stefanişina qeyd edib.

Избранный
41
publika.az

1Источники