RU

Sörlot “Atletiko”nun tarixinə düşdü

Norveç millisinin futbolçusu Aleksandr Sörlot “Atletiko”nun tarixinə düşüb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna “Brügge”yə qalib gəldikləri (4:1) UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyununda üç qol vurmaqla nail olub.

Forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçudur. Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda üç dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mancukiç 2014-cü ildə bunu bacarıb.

Qeyd edək ki, Aleksandr Sörlot cari mövsüm “Atletiko” forması ilə 36 oyunda 15 qola imza atıb.

Избранный
35
msport.az

1Источники