RU

Narkocinayətların əksəriyyəti 30 yaşdan yuxarı adamlardır

Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5657 şəxs müəyyən edilib. Onların 35,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib (əvvəlki illə müqayisədə 23,1 faiz az). Cinayət törətmiş şəxslərin 98,4 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 60,9 faizini əmək qabiliyyətli yaşda olub. Onlardan 0,3 faizi 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar, 6,5 faizi 18-24 yaşlı, 14,6 faizi 25-29 yaşlı gənclər, 78,6 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.


Telegram kanalımız
Избранный
4
4
yenisabah.az

5Источники