RU

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələcək

Bakı. Trend:

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelko Komşiç XIIIQlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfəredəcək.

Trend-indiplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Komşiç Bakıdakeçiriləcək forumun növbəti sessiyasında iştirak edəcək.

Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmilərivə beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərinmüzakirəsi üçün bir araya gətirir.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Избранный
23
1
az.trend.az

1Источники