RU

Azərbaycan banklarında aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması MHBS 9-a uyğunlaşdırılacaq

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 23 dekabr 2025-ci iltarixində banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatlarınyaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə “Aktivlərintəsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqiüzrə Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) təsdiqlənib.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası”nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyintətbiqi MHBS standartlarının prudensial tənzimləmə vəhesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir.Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcılbeynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, banksistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalqmüstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmətedəcək.

Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarətməqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiqehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdətutulur. 2026-cı ildən etibarən banklarda aktivlərintəsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm dəmövcud prudensial tələblər əsasında paralel aparılacaqdır.

Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və MetodolojiRəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallaraaydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləriilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsiaparılıb.

Metodoloji Rəhbərlik sənədini nəzərdən keçirmək üçün bu linkədaxil olun:

https://uploads.cbar.az/assets/93968292987fc27975a90fcfd.pdf

Məqalədə:
Избранный
7
7
az.trend.az

8Источники