RU

Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq

Hazırda Əmək Məcəlləsinə edilən 2026-cı il dəyişiklikləri minimum əmək haqqına baxılmasını illik qaydaya salır. Yəni bundan sonra qanunla hər il ən azı bir dəfə minimum əmək haqqının məbləğinə rəsmi şəkildə yenidən baxılması təmin olunacaq. Bu baxımdan bu il baxışın olması mümkündür, çünki artıq belə bir hüquqi mexanizm yaradılıb.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli minimum əmək haqqının mümkün artım perspektivləri haqqında danışarkən deyib.

Ekspert bildirib ki, artım qərarı bir neçə iqtisadi göstərici nəzərə alınmaqla müəyyənləşdirilir:

“Bu göstəricilər sırasında inflyasiya səviyyəsi, dövlət büdcəsinin gəlirləri və xərcləri, ölkədə yaşayış minimumu və istehlak səbətinin dəyəri, həmçinin orta əmək haqqının səviyyəsi yer alır. Məsələn, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və orta əmək haqqının artımı əsas götürülür ki, bu meyarlar minimum əmək haqqının artırılması zamanı da nəzərə alına bilər”.

Избранный
23
6
publika.az

7Источники