RU

Orta dozada alkoqolun beyin üçün təhlükəsi AŞKARLANDI

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hətta orta miqdarda qəbul edilən alkoqol beynin fəaliyyət prinsiplərini dəyişdirir və onun müxtəlif şöbələri arasındakı əlaqələri zəiflədir. Bu nəticəyə Minnesota Universitetinin tədqiqatçıları gəliblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Drug and Alcohol Dependence" jurnalında dərc olunub.

Tədqiqatda yaşı 21-45 arasında dəyişən 107 sağlam könüllü iştirak edib. İki mərhələdən ibarət eksperiment zamanı iştirakçılara ya qanda alkoqol səviyyəsini 0,08 q/dl-ə (bir çox ölkələrdə hüquqi sərxoşluq həddi) çatdıran içki, ya da plasebo verilib. 30 dəqiqə sonra isə onlar MRT müayinəsindən keçiblər.

Alimlər şəbəkə analizi metodlarından istifadə edərək beynin 106 sahəsi arasındakı qarşılıqlı əlaqəni araşdırıblar. Məlum olub ki, alkoqolun təsiri altında “lokal effektivlik” artır yəni beyin fəaliyyəti daha çox qruplaşmış və ayrı-ayrı zonalar daxilində cəmlənmiş şəkildə işləyir. Eyni zamanda “qlobal effektivlik” azalır, yəni uzaq beyin sahələri arasında siqnalların ötürülməsi zəifləyir.

Tədqiqat göstərib ki, məhz qlobal əlaqəliliyin zəifləmə dərəcəsi sərxoşluğun subyektiv hissi ilə birbaşa bağlıdır. Qanda alkoqol səviyyəsi eyni olsa da, beyin şöbələri arasındakı əlaqəsi daha çox pozulan iştirakçılar daha güclü dezorientasiya və emosional dəyişiklik hiss etdiklərini bildiriblər.

Ən nəzərəçarpan dəyişikliklər görmə informasiyasının emalına cavabdeh olan ənsə payında qeydə alınıb. Müəlliflərin fikrincə, bu hal alkoqolun tipik təsirlərini bulanıq görmə, koordinasiyanın pozulması və reaksiyanın ləngiməsini izah edə bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники